Tuesday, October 27, 2015

"Armadil Group" şirkəti "Baku Build 2015" inşaat sərgisində iştirak edib - VİDEO - FOTOSESSİYA

Azərbaycanda mis dam örtükləri üzrə ixtisaslaşmış şirkət olan "Armadil Group" "Baku Build 2015" inşaat sərgisində iştirak edib.

Şirkət sərgidə mis dam örtükləri və fasad sistemləri, alüminium dam örtükləri və fasad sistemləri kimi məhsullarını nümayiş etdirib. Nümayiş olunan məhsullar sərginin iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirə qatılan memarlar, mühəndislər və dizayn şirkətinin nümayəndələri bildiriblər ki, Avropada artıq uzun müddətdir ki, keyfiyyətin simvolu sayılan mis dam örtükləri və fasad sistemlərinin Azərbaycanda da olması sevindirici haldır.

Sərgidə "Armadil Group"-un Bakıda reallaşdığı möhtəşəm layihələrin fotoları və video görüntüləri də nümayiş olunub.

Xatırladaq ki, "Baku Build 2015" inşaat sərgisi oktyabrın 21-dən 24-ə qədər Bakı Ekspo mərkəzində baş tutub.

https://www.youtube.com/watch?v=ORAdgSPwP08










No comments:

Post a Comment