Thursday, July 9, 2015

Mis dam örtüklərinin satışı - FOTO

Armadil Group şirkəti Azərbaycanda mis dam örtüklərinin və fasad sistemlərinin satışını və quraşdırılmasını təklif edir.
Mis - memalıq, inşaat, interyer dizayn sahələrində ən çox istifadə olunan materiallardandır. Orta əsrlərdən bu günümüzə qədər Avropada və dünyada dizayn işlərində geniş istifadə edilib. Kilsələrdən qəsrlərə qədər, evlərdən ofislərə qədər qədər müxtəlif memarlıq elementləri üçün mis materialı tətbiq edilir. Buraya dam örtükləri, gümbəzlər, novlar, qüllələr, divar birləşmələri və s. daxildir.

Misin memarlıqda istifadəsini onun uzun ömürlülüyü, korroziyaya davamlı olması, mükəmməl görkəmi, binanın cizgilərini dəyişmək imkanı ilə bağlamaq olar.

Mis dam örtüklərinin digər bir özəlliyi də var. Bu cür dam örtükləri zamanla rəngini dəyişir. Əgər ilk gün dam örtüyü qızılı rəngdə olursa, bir neçə gün sonra dam təbii olaraq qəhvəyi rəngə boyanır. Bundan başqa, dam örtüyünün daim qızılı rəngdə olmasını istəyirsinizsə, bunun üçün də seçimlər var. Üzəri lakla örtülmüş mis dam örtüyü yüzillər boyunca öz qızılı rəngini itirmir.

Əsrlər boyu memarlar bu materialdan istifadə edərək uzun ömürlü binalar tikiblər. Mis məhsullarından istifadə etməklə ən ağlasızmaz memarlıq ideyalarını həyata keçirmək mümkündür.

Azərbaycanda mis və mis materiallarından hazırlanmış dam örtüyü və digər tikinti materiallarının təchizatını Armadil group həyata keçirir. Şirkətin Azərbaycanda mis dam örtüklərinin quraşdırılması sahəsində uzun illərə söykənən təcrübəsi var.

Telefonlar:

+994 12 514 37 25,
+994 70 218 58 98

E-mail: info@armadilgroup.com

Skype: armadil.group

Fotolar: 

























































No comments:

Post a Comment